İran ​Səudiyyə Ərəbistanına nota verib

İran ​Səudiyyə Ərəbistanına nota verib Tehran Yəməndəki səfirliyi yaxınlığına endirilən aviazərbəyə görə izahat tələb edib
Region
20 Aprel , 2015 23:59
İran ​Səudiyyə Ərəbistanına nota verib

Bakı. 20 aprel. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi (XİN) Yəməndəki səfirliyinin olduğu əraziyə aviazərbənin endirilməsi ilə bağlı Səudiyyə Ərəbistanından izahat tələb edib.

"Report" xəbər verir ki, bu barədə PressTV telekanalı məlumat yayıb.

XİN rəhbərinin müavini Hüseyn Əbdullahiyan bildirib ki, XİN Səudiyyə Ərəbistanı tərəfindən İranın Yəməndəki səfirliyinə çox yaxın əraziyə endirilən aviazərbəyə etiraz əlaməti olaraq bu ölkənin yüksək səviyyəli diplomatını idarəyə çağırıb.

"Biz Səudiyyə Ərəbistanı hakimiyyətinə etiraz notası göndərərək xatırladırıq ki, onlar diplomat və diplomatik zonaların müdafiəsi işində öz öhdəliklərini yerinə yetirməlidirlər", - deyə Əmir Əbdüllahiyan bildirib.

Son xəbərlər

Orphus sistemi