Yuxarı

Səudiyyə Ərəbistanı Fars körfəzində 4 İran gəmisini saxlayıb

Buşəhr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi saxlanılanların taleyi barədə məlumatın olmadığını bildirib

Bakı. 13 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti sərhəd sularda üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə heç bir məlumat olmadığını bildirib.

O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və nəticədə saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi