Serj Sarqsyan Rusiyanın qatı əleyhdarına vəzifə verəcək

Serj Sarqsyan Rusiyanın qatı əleyhdarına vəzifə verəcək Aleksandr Arzumanyan hələlik ictimaiyəti yeni vəzifəsi barədə məlumatlandırmağa tələsmir
Region
3 Mart , 2017 11:47
Serj Sarqsyan Rusiyanın qatı əleyhdarına vəzifə verəcək

Bakı. 3 mart. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Rusiya əleyhinə sərt çıxışları ilə tanınan sabiq xarici işlər naziri, deputat Aleksandr Arzumanyana vəzifə verəcəyini boyun olub.

“Report”un məlumatına görə, bunu Ermənistan KİV-i yazıb. 

Xəbərə görə, A.Arzumanyan hələlik ictimaiyəti yeni vəzifəsi barədə məlumatlandırmağa tələsmir.

Mətbuat ona ciddi diplomatik postun veriləcəyini yazıb. 

Qeyd edək ki, hazırda parlamentin deputatı olan Aleksandr Arzumanyan Levon Ter-Petrosyanın prezidentliyi dövründə xarici işlər naziri olub.  

Son xəbərlər

Orphus sistemi