Serj Sarqsyan Fransada işgüzar səfərdədir

Serj Sarqsyan Fransada işgüzar səfərdədir O, yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək
Region
22 Yanvar , 2018 16:17
Serj Sarqsyan Fransada işgüzar səfərdədir

Bakı. 22 yanvar. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Fransaya işgüzar səfərə gedib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Fransa Senatının sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

S.Sarqsyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, S.Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Son xəbərlər

Orphus sistemi