Sergey Lavrov: "İranın nüvə proqramı ilə bağlı böhran vəziyyət yaranıb"

Sergey Lavrov: "İranın nüvə proqramı ilə bağlı böhran vəziyyət yaranıb" XİN başçısı: "Rusiyanın bu müqavilədə müəyyən edilmiş qanuni maraqları var və onları müdafiə etməliyik"
Region
14 May , 2018 11:19
Sergey Lavrov: İranın nüvə proqramı ilə bağlı böhran vəziyyət yaranıb

Bakı. 14 may. REPORT.AZ/ Rusiya, "avroüçlük" (Fransa, Almaniya, Böyük Britaniya), İran və Çin rəsmi Tehranın nüvə proqramı ilə bağlı sazişin yerinə yetirilməsinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdə bildirib.

"Rusiyanın bu müqavilədə müəyyən edilmiş qanuni maraqları var və onları müdafiə etməliyik", - S.Lavrov deyib.

Onun sözlərinə görə, Vaşinqton nüvə sazişindən çıxmaqla əsas beynəlxalq müqavilələri yenidən nəzərdən keçirmək istəyir.

Rusiyalı nazir həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyətin böhran xarakterli olduğunu vurğulayıb.

İranın xarici işlər naziri M.C.Zərif isə, öz növbəsində, ABŞ üçün beynəlxalq qaydalara etinasızlığın vərdiş halını aldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi