“Moskva ilə Vaşinqton tezliklə bir sıra məsələlər, o cümlədən strateji sabitlik üzrə təmasda olacaqlar”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB XİN başçılarının onlayn iclasında bildirib.
Onun sözlərinə görə, qlobal təhlükəsizlik və başqa mövzularla bağlı bir neçə təmas olub: “Bu məsələlər İkinci Dünya müharibəsi zamanındakı kimi həll edilsə, ziyanı olmayacaq”.