Yuxarı
    Bağlamaq

    Sentyabrın 29-dan Türkiyədən Ərbil və Süleymaniyyəyə bütün uçuşlar dayandırılacaq

    Türkiyə İraqın şimalındakı kürd muxtar bölgəsi hökumətinə qarşı sanksiya tətbiqinə başlayıb

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyə İraqın şimalındakı kürd muxtar bölgəsi hökumətinə qarşı sanksiya tətbiqinə başlayıb. 

    "Report" NTV-yə istinadən xəbər verir ki, sentyabrın 29-dan etibarən Türkiyədən İraqın Ərbil və Süleymaniyyə şəhərlərinə bütün uçuşlar dayandırılacaq. 

    Rəsmi Ankara bu addımı İraqın şimalındakı kürd muxtar bölgəsi hökumətinin sentyabrın 25-də "müstəqillik haqqında referendum" keçirməsi səbəbindən atıb. 

    Məlumatda qeyd olunub ki, İraq Mülki Aviasiya Təşkilatı da Ərbil və Süleymaniyyəyə uçuşların həyata keçirilməsinə qadağa qoyub. Ona görə də "Türk Hava Yolları", "AtlasGlobal" və "Pegasus" şirkətləri Türkiyədən bu şəhərlərə aviareyslər həyata keçirə bilməyəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi