Yunanıstanda Türkiyə diplomatlarının avtomobilləri yandırılıb

Yunanıstanda Türkiyə diplomatlarının avtomobilləri yandırılıb Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobilini yandırıblar.
Region
10 İyun , 2019 13:44
Yunanıstanda Türkiyə diplomatlarının avtomobilləri yandırılıb

Yunanıstanın Selanik şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin iki avtomobilini yandırıblar.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə iyunun 10-da səhər saatlarında baş verib.

Avtomobilləri yandıranın (yandıranların) kimliyi hələlik məlum deyil.

Diplomatik dövlət nömrə nişanlı maşınlardan biri Türkiyənin Selanikdəki ticarət attaşesi Serkan Buralın xidməti avtomobildir. Hadisə onun evinin qarşısında baş verib. 

Bu hadisədən qısa müddət sonra S.Buralının evindən, təxminən, bir km aralıda beynəlxalq təşkilatlardan birində işləyən Türkiyədən olan qadına aid avtomobilin üzərinə benzin tökülərək yandırılıb.

Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, avtomobillər yararsız vəziyyətə düşüb.

Yunanıstan polisi və təhlükəsizlik orqanları hadisələrlə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi