​Səlahəddin Dəmirtaş: "Türkiyə üçün bərabər, ortaq addımar atmağa hazırıq"

​Səlahəddin Dəmirtaş: "Türkiyə üçün bərabər, ortaq addımar atmağa hazırıq" HDP sədri: "Cəmiyyətin firavan yaşaması üçün əlimizi daşın altına qoymalıyıq"
Region
11 İyun , 2015 13:43
​Səlahəddin Dəmirtaş: Türkiyə üçün bərabər, ortaq addımar atmağa hazırıq

Bakı. 11 iyun. REPORT.AZ/ "Ədalət və İnkişaf Partiyası xəta və yanlışlıqlardan əl çəkərsə, biz Türkiyə üçün bərabər, ortaq addımar atmağa hazırıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu iyunun 7-də keçirilən parlament seçkisində 13,12% səs toplayaraq Böyük Millət Məclisində 80 deputat yeri qazanmış Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş bildirib.

O, Türkiyədə prezident üsul-idarəsinin həyata keçirilməsinin mümkün olmayacağını vurğulayaraq deyib: "Bizim Rəcəb Tayyib Ərdoğana qarşı xüsusi bir düşmənçiliyimiz yoxdur. Türkiyədə prezident üsul-idarəsinin tətbiqi baş tutan deyil. Konstitusiyaya əməl etməyən, hüququ pozan prezidenti hər zaman tənqid edəcəyik. Türkiyənin yolunu açmaq istəyən prezident bizdən hər zaman dəstək alacaq".

S.Dəmirtaş gələcək fəaliyyətlərinə də toxunub: "Parlamentdə güclü müxalifət olmağa hazırıq. Türkiyəni idarə etməyə də hazırıq, ancaq xalqımızın verdiyi səs buna yetmir".

Partiya sədri bildirib ki, koalisiya hökumətinin qurulması ilə bağlı prezidentlə deyil, partiyalar arasında görüşlər keçirilməlidir.

O deyib ki, koalisiya hölumətinin qurulması ilə bağlı rəsmi təmasları yoxdur: "Ancaq "qapımız hamıya açıqdır" ideyası irəli sürülərsə, onu dəyərləndirməyə hazırıq". Partiya sədri koalisiya hökuməti və növbədənkənar seçkidən qorxmamağı tövsiyə edib: "Seçkiöncəsi rəqabəti bir kənara qoyub, cəmiyyətin firavan yaşaması üçün əlimizi daşın altına qoymağa hazırıq. Siyasətdə dialoqa önəm veririk. Parlament fəaliyyətə başlamazdan əvvəl hamı fikir alış-verişi edə bilər".

S.Dəmirtaş "çözüm sürəci" və bu prosesdə terrorçu PKK-nın lideri Abdullah Öcalanın xüsusi rolunu da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi