Səfir Rusiyanın MDB-də sədrliyinin əsas prioritetlərini açıqlayıb

Səfir Rusiyanın MDB-də sədrliyinin əsas prioritetlərini açıqlayıb Vladimir Doroxin: "Bu gün MDB təşkilatına tələbat var"
Region
20 Dekabr , 2016 17:35
Səfir Rusiyanın MDB-də sədrliyinin əsas prioritetlərini açıqlayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ "Bu gün MDB təşkilatına tələbat var. Çətin şərtlərdə iqtisadi proseslərin gedişini, transsərhəd təhdidlərin mövcudluğunu nəzərə alsaq, birlik zəruridir".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda "MDB-nin 25 illiyi" ilə bağlı keçirilən "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, MDB postsovet məkanında ölkələrin fikir mübadiləsi apara və öz mövqelərini müqayisə edə biləcəyi unikal alətdir: "Biz bir-birimizlə bərabərhüquqlu dövlətlər kimi, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etməyi öyrənmişik. MDB-də icbari nizam-intizam yoxdur, hamı necə yaşayacağına və qonşularıyla necə münasibət quracağına özü qərar verir. Hər bir ölkə məhz onun üçün vacib olanları mənimsəməyi öyrənib."

Səfir Rusiyanın gələn il struktura sədrlik edəcəyini xatırladıb.

"İndi 2017-ci ilin konsepsiyasını qururuq. Konsepsiya praqmatizm və varislik prinsiplərinə əsaslanacaq. MDB-nin inkişafına töhfə vermək üçün hər cür səy göstərəcəyik" - V.Doroxin deyib.

Səfir Rusiyanın MDB-də sədrliyi dövründə əsas prioritetin iqtisadiyyat olacağını bildirib: "Azad ticarət sahəsi üzrə saziş MDB ölkələrinin əksəriyyəti üçün strateji istiqamətdir."

V.Doroxin digər prioritetlər sırasında humanitar əlaqələrin inkişafı, eləcə də MDB çərçivəsində xarici siyasətinin koordinasiyası məsələlərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi