Yuxarı

Sarqsyan Ərdoğana başsağlığı verib

“Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Həlak olanların yaxınlarına səbr, yaralılara isə şəfa diləyirəm”

Bakı. 21 iyul. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində baş verən qanlı terror aktı ilə bağlı Rəcəb Tayyip Ərdoğana qısa başsağlığı məktubu ünvanlıyıb.

"Report"un "Arminfo"ya istinadən verdyi məlumata əsasən, Sarqsyanın başsağlığında deyilir: “Xəbərdən kədərləndim. Terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirəm. Həlak olanların yaxınlarına səbr, yaralılara şəfa diləyirəm”.

Qeyd edək ki, Suruç şəhərində törədilən teror aktı nəticəsində ölənlərin sayı 31-a çatıb. Yüzdən çox insan yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi