Yuxarı

​Sarkisyan polis binasına hücumla əlaqədar müşavirə keçirib

Silahlı şəxslərə qarşı əməliyyat başlayıb

Bakı. 17 iyul. REPORT. AZ/ Ermənistan prezidenti Serj Sarkisyan ölkənin hüquq-mühafizə orqanlarının məsul şəxsləri ilə müşavirə keçirib.

"Report" erməi mediasına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məluat yayıb.

Müşavirə iştirakçıları iyulun 17-də səhər baş vermiş silahlı insident nəticəsində paytaxtda həyata keçirilən əməliyyatların detalları və yaranmış vəziyyət barədə dövlət başçısına məlumat verilib.

Hüquq-mühafizə orqanlarının rəhbərləri bildiriblər ki, vəziyyətə tam nəzarət edilir.

“Sputnik Armeniya”nın yaydığı məlumata görə, silahlıların ələ keçirdiyi patrul-mühafizə polkunun binasına hərbi texnika yeridilib. Binanın həyətinə iki zirehli maşın daxil olduqdan sonra polis yenidən yolu bağlayıb.

Qeyd edək ki, İrəvan polisinin rəsmiləri silahlı şəxslər təslim olmazsa onlara qarşı əməliyyatın başlanacağını istisna etməyiblər.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi