Yuxarı

​Sarıqamış hadisəsinin 100 illiyinə 100 min adam gələcək

Mərasimə 16 ölkədən təmsilçi dəvət ediləcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin Qars Sərhədboyu Dərnəyi Sarıqamış hərəkatı zamanı Allahuəkbər dağları ətəyində donaraq şəhid olmuş 90 min əsgərin yad edilməsi ilə bağlı tədbir keçirəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin hadisənin 100 illiyinə həsr edilən bu mərasimə 16 ölkədən təmsilçi dəvət olunacaq.

Dərnəyin başqanı Məhərrəm Yıldız bildirib ki, hər il türk dünyasından gələn təmsilçilər Allahuəkbər dağı ətəyində sayğı duruşu ilə şəhidləri yad edirlər: "Hadisənin 100-cü ilində isə yüz min adam növbə çəkəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi