​Sarıqamış hadisəsinin 100 illiyinə 100 min adam gələcək

​Sarıqamış hadisəsinin 100 illiyinə 100 min adam gələcək Mərasimə 16 ölkədən təmsilçi dəvət ediləcək
Region
24 Dekabr , 2014 16:32
​Sarıqamış hadisəsinin 100 illiyinə 100 min adam gələcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin Qars Sərhədboyu Dərnəyi Sarıqamış hərəkatı zamanı Allahuəkbər dağları ətəyində donaraq şəhid olmuş 90 min əsgərin yad edilməsi ilə bağlı tədbir keçirəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin hadisənin 100 illiyinə həsr edilən bu mərasimə 16 ölkədən təmsilçi dəvət olunacaq.

Dərnəyin başqanı Məhərrəm Yıldız bildirib ki, hər il türk dünyasından gələn təmsilçilər Allahuəkbər dağı ətəyində sayğı duruşu ilə şəhidləri yad edirlər: "Hadisənin 100-cü ilində isə yüz min adam növbə çəkəcək".

Son xəbərlər

Orphus sistemi