Sankt Peterburqun keçmiş erməni vitse-qubernatoruna qarşı yeni ittiham irəli sürülüb

Sankt Peterburqun keçmiş erməni vitse-qubernatoruna qarşı yeni ittiham irəli sürülüb Bu cinayət faktları Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı tikintilərdə aparılan yoxlamalar zamanı aşkar edilib
Region
5 May , 2017 17:19
Sankt Peterburqun keçmiş erməni vitse-qubernatoruna qarşı yeni ittiham irəli sürülüb

Bakı. 5 may. REPORT.AZ/ Sankt-Peterburqun dələduzluqda ittiham olunan keçmiş vitse-qubernatoru Marat Ohanesyan 20 milyon rubl (340 min 656 dollar) məbləğində rüşvət almaqda şübhəli bilinir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq Şəhər İdarəsindən bildirilib.

Qeyd edək ki, o, 2014-cü ildə “Zenit-Arena” üçün tikintidən 50 milyon rubldan (851 min 639 dollar) çox məbləğdə maliyyə vəsaitini mənimsəməkdə ittiham olunur. Yeni ittihama əsasən, erməni etnik qrupundan olan keçmiş dövlət məmuru “StroyElektroMontaj №5” firmasının baş direktoru Vasili Slivkindən 20 milyon rubl rüşvət almaqda şübhəli bilinir.

Bu cinayət faktları 2018-ci ildə futbol üzrə Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı tikintilərdə aparılan yoxlamalar zamanı aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi