İstintaq Komitəsi Sankt-Peterburqda terror aktını Qırğız Respublikasında anadan olan şəxsin törətdiyini təsdiqləyib - YENİLƏNİB

İstintaq Komitəsi Sankt-Peterburqda terror aktını Qırğız Respublikasında anadan olan şəxsin törətdiyini təsdiqləyib - YENİLƏNİB Onun kimliyi “Ploşad Vosstaniya” metro stansiyasında tapılan və içinə bomba qoyulmuş çantadakı genetik izə əsasən müəyyənləşdirilib
Region
4 Aprel , 2017 17:13
İstintaq Komitəsi Sankt-Peterburqda terror aktını Qırğız Respublikasında anadan olan şəxsin törətdiyini təsdiqləyib - YENİLƏNİB

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın İstintaq Komitəsi aprelin 3-də Sankt-Peterburqda metroda terror aktını 1995-ci ildə Qırğız Respublikasında anadan olan Ekbercan Celilovun törətdiyini təsdiqləyib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. 

Komitədən bildirilib ki, kriminalist-ekspertlər terror aktını törədən şəxin kimliyini “Ploşad Vosstaniya” metro stansiyasında tapılan və içinə bomba qoyulmuş çantadakı genetik izə əsasən müəyyənləşdiriblər.

*** 10:53

Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb. 

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş Ekbercan Celilovdur. 

Agentliyin məlumatına görə, o, Rusiya vətəndaşıdır. 

Qırğız Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) rəsmi nümayəndəsi Rahat Süleymanov isə Rusiyanın TASS agentliyinə bildirib ki, terror aktını törətməkdə şübhəli bilinən şəxsin Qırğız Respublikasında anadan olduğu müəyyənləşib: "Ancaq bir müddət əvvəl o, Rusiya vətəndaşlığı alıb”.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində 11 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi