Sankt-Peterburq metrosunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin mənzilində partlayıcı qurğu komponentləri tapılıb

Sankt-Peterburq metrosunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin mənzilində partlayıcı qurğu komponentləri tapılıb FTX əməkdaşları şüşənin içərisində bombanın hazırlanmasında istifadə olunduğu zənn edilən dənəvər maddələr aşkarlayıb
Region
5 Aprel , 2017 17:06
Sankt-Peterburq metrosunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin mənzilində partlayıcı qurğu komponentləri tapılıb
fontanka.ru

Bakı. 5 aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosunda terror hücumu törətməkdə şübhəli bilinən Akbarjon Cəlilovun mənzilində partlayıcı qurğu komponentləri aşkar edilib.

"Report" "fontanka.ru" portalına istinadən xəbər verir ki, Kalinin rayonu, Vətəndaş prospekti 110 ünvanında yerləşən mənzildə aparılan axtarış zamanı FTX əməkdaşları şüşənin içərisində aprelin 3-də metro vaqonunda işə salınmış bombanın hazırlanmasında istifadə olunduğu zənn edilən dənəvər maddələr aşkarlayıb.

Məlumata görə, şübhəli şəxs mənzili ay yarım əvvəl kirayəyə götürüb. A.Cəlilov özünü sakit və dinc aparıb, mənzildən yalnız klassik musiqi əsərlərinin səsi gəlib.

Mənzil köçərkən A.Cəlilov özü ilə bir neçə qutu gətirib. Yükləri mənzilə daşımağa ona bir neçə nəfər kömək edib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi özünü "Sennaya meydanı" - "Texnologiya İnstitutu" stansiyaları arasında metronun dördüncü qatarında partladan A.Cəlilovun terrorçu-kamikadze olduğunu bildirib. İlkin məlumata görə, elə o, "Dirçəliş meydanı" stansiyasına bomba yerləşdirib. Terror aktı zamanı 14 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.

Son xəbərlər

Orphus sistemi