Yuxarı

​"Samanyolu" TV bütün serialların çəkilişini və proqramların hazırlanmasını dayandırıb

Bu müddətdə isə STV-də serialların və verilişləri ehtiyatda olan bölümləri yayımlanacaq

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin "Samanyolu" televiziyasında (STV) yayımlanan serialların çəkilşi və proqramların hazırlanması bir həftəliyə dayandırılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, serialları çəkən və proqramları hazırlayan kollektivə bir həftəlik istirahət verilib.

Bu müddətdə isə STV-də serialların və verilişlərin ehtiyatdakı materialları yayımlanacaq.

Qeyd edək ki, bu televiziyada "Küçük gəlin","Sırlar Dünyası", "İki Dünya Arasında", "Sunqurlar", "Çınarın Gölgesinde", "Hekimoğlu", "Ana Yüreği", "Bizim Aile", "Farklı Boyut", "Ritmini Arayan Kalpler", "İyi Seyirler Tv", "Doğruluk Ekseni", "Aile Mahkemesi", "Farklı Desenler", "Yusuf Yüzlü", "Hıyanet Sarmalı" serialları yayımlanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi