Yuxarı

Gürcüstan Prezidenti: “Ümid edirəm ki, sərhəd məsələsində Azərbaycanla maraqlarımıza uyğun nəticə əldə olunacaq”

Salome Zurabişvili: Dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz

“Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: “Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimiz və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpa olunduğunu alqışladığını qeyd edib: “Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi