Bakı. 1 avqust. REPORT.AZ/ Gürcüstan Baş Prokurorluğu ölkənin sabiq prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini beynəlxalq axtarış siyahısına daxil etmək istəyir. "Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, İnterpol Saakaşvilini axtarışı ilə məşğul olmaqdan imtina etsə də, rəsmi Tiflis geri addım atmaq niyyətində deyil.
Gürcüstanın Prokuruluğunun ötən axşam yaydığı məlumatına əsasən, Saakaşvili və keçmiş müdafiə naziri David Kezeraşvili ilə bağlı müraciətlər bir daha İnterpol rəsmilərinə təqdim ediləcək.