Yuxarı

Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq niyyətindədir

Gürcüstanın hazırki hakimiyyəti ölkəni dilənçi vəziyyətinə salıb

Bakı. 18 fevral. REPORT.AZ/ Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili yenidən prezidentliyə iddialıdır.

"Report" RBK-ya istinadla xəbər verir ki, bu barədə Saakaşvili özü gürcü jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın hazırki hakimiyyəti "ölkəni dilənçi vəziyyətinə salıb".

"Sabiq baş nazir Bidzina İvanişvili hesab edirdi ki, Gürcüstan tamami ilə gündəmdən düşməlidir. Yəni ölkəmiz nə Kiyevi dəstəkləməli, nə də separatçı Abhaziya ve Osetiya mövzularını qabardmalıdır", - deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, M.Saakaşviliyə qarşı Gürcüstanda 4 məsələ üzrə ittiham irəli sürülüb. Keçmiş prezident dövlət əmlakını mənimsəməkdə, dinc aksiya iştirakçılarına zor tətbiq etməkdə, "İmedi" televiziyasının binasına qanunsuz müdaxilə, iş adamı Badi Patarkatsişvilinin əmlakını qanunsuz yolla mənimsəməkdə, parlamentin deputatı Valeri Gelaşviliyə silahlı basqın təşkil etməkdə ittiham olunur.

Xatırladaq ki, M.Saakaşvili 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi