Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib

Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib O, təcili olaraq gürcü xalqı ilə görüşmək istədiyini bildirib
Region
6 Yanvar , 2017 21:53
Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisinin keçmiş meri Gigi Uqulavanın "qanunsuz həbs"dən azad olunmasını alqışlayıb və xalqla görüşmək üçün ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

"Mən şadam ki, o (Uqulava) Milad bayramını öz uşaqları və dostları ilə qeyd edəcək... biz ondan digər siyasi məhbusların dərhal azad olunmasını və mənə dərhal xalqla görüşmək və yanvarın 20-də "Vahid Milli Hərəkat"ın qurultayında iştirak etmək üçün Gürcüstana gəlmək hüququnun verilməsini tələb etməliyik", - deyə M.Saakaşvili qeyd edib.

Son xəbərlər

Orphus sistemi