Yuxarı

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək

Gürcüstan prezidenti Georgi Marqelaşvili bir neçə gündən sonra Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi haqqında qərarı imzalayacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Marqelaşvili bir neçə gündən sonra sabiq prezident Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi haqqında qərar qəbul edəcək.

"Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının parlament katibi Georgi Kverençxiladze bildirib. 

Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani qeyd edib ki, qurum M.Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi haqqında müvafiq rəylə artıq Merqalaşviliyə müraciət edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi