Yuxarı

​Saakaşvili: "Yüzlərlə gürcü İŞİD-in sıralarında döyüşür"

O  qeyd edib ki, bu addım Gürcüstanın maraqları xaricindədir

Bakı. 13 yanvar. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, yüzlərlə gürcü "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının sıralarında döyüşür.

"Report" xəbər verir ki, bu barədə o, "Rustavi-2" telekanalının efirində bildirib.

"Bir neçə yüz Gürcüstan vətəndaşı Suriyaya yollanıb", - deyə siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Tbilisi Ukraynada döyüşən könüllüləri "təxribatçı" adlandırır, lakin Gürcüstan vətəndaşlarının Suriya və İraq terrorçularına dəstəyini qadağan etmək üçün heç bir addım atmır.

Saakaşvili qeyd edib ki, bu addım Gürcüstanın maraqları xaricindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi