​Rusiyanın "Tatarıstan" gəmisi Xəzərdə hərbi-döyüş təlimi keçirir

​Rusiyanın "Tatarıstan" gəmisi Xəzərdə hərbi-döyüş təlimi keçirir "Tatarıstan"da "Qals" yeni radiolokasiya stansiyası qurulub
Region
2 İyun , 2016 11:20
​Rusiyanın Tatarıstan gəmisi Xəzərdə hərbi-döyüş təlimi keçirir

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki donanmasının tərkibində olan "Tatarıstan" raket gəmisi aparılan modernləşdirmədən sonra ilk döyüş-hərbi təlimini yerinə yetirməyə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, saxlanıldığı məntəqəyə qaytarıldıqdan sonra gəmidə modernləşdirilmə aparılıb. "Tatarıstan"da "Qals" yeni radiolokasiya stansiyası qurulub. Bu stansiyanın köməkliyi ilə su üstündəki hədəflərin müəyyənləşdirilməsi mümkündür.

Xəbərdə bildirilib ki, təlimlərin növbəti mərhələsi bu ilin iyulunda olacaq.

Son xəbərlər

Orphus sistemi