Yuxarı

​Müxalifət Rusiyanın Suriyadakı müharibədə iştirakına etiraz olaraq mitinq keçirəcək

Moskva hökuməti aksiyanın keçirilməsinə icazə verib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyanın "Solidarnost" ("Həmrəylik") müxalifət hərəkatı bu ölkənin Suriyadakı müharibədə işitirakına etiraz olaraq oktyabrın 17-də Moskvada mitinq keçirəcəyini elan edib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Aksiya təşkilatçıları bildirib ki, "Solidarnost" 2014-cü ildən davamlı olaraq Rusiyanın Ukraynaya yönəlik siyasətinə qarşı aksiya keçirir.

Moskvanın regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Aleksey Morozov deyib ki, aksiyanın mövzusu "Ölkədəki və dünyadakı mövcud siyasi-iqtisadi və hərbi-siyasi vəziyyətə, eləcə də Rusiyanın xarici siyasətinin bəzi məqamlarına münasibət bildirmək"dir.

Moskva hökuməti oktyabrın 17-də saat 15:00-da (Moskva vaxtı ilə) şəhərin Suvorov meydanında aksiya keçirməyə icazə verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi