​Rusiyanın şərqindəki iri neft zavodunda partlayış baş verib

​Rusiyanın şərqindəki iri neft zavodunda partlayış baş verib Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
Region
10 Aprel , 2015 15:58
​Rusiyanın şərqindəki iri neft zavodunda partlayış baş verib

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətinin Anqar neft-emalı zavodunda baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsi məlumat verib.

Xəbərdə bildirilir ki, ilkin dəyərləndirməyə əsasən, partlayış neft kəmərinin qaynağı zamanı baş verən yanğından törəyib.

Hadisə yerində mütəxəssislər işləyir. Partlayış nətcəsində baş verən yanğın söndürülüb.

Qeyd edək ki, Anqar neft-kimya şirkəti "Rosneft" neft şirkətinə məxsusdur. Müəssisə 1955-ci ildə istismara verilib. Zavod Sibir və Uzaq Şərqin neft məhsulları ilə təmin edilməsində önəmli yer tutur. Müəssisənin illik istehsal gücü 10,2 milyon ton neftdir.  

Son xəbərlər

Orphus sistemi