Rusiya səfiri: “Türkiyənin Aİ ilə əlaqələrini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik”

Rusiya səfiri: “Türkiyənin Aİ ilə əlaqələrini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik” Andrey Karlov: “Məsələnin həlli tamamilə Ankaranın qərarından asılıdır”
Region
30 Noyabr , 2016 20:02
Rusiya səfiri: “Türkiyənin Aİ ilə əlaqələrini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik”

Bakı. 30 noyabr. REPORT.AZ/ ”Rusiya Türkiyənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrini soyutmasını və ya dayandırmasını rəsmi Ankaradan heç bir halda tələb etməyəcəyik”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov iki ölkə arasında münasibətləri dəyərləndirərkən deyib.

“Həm Çin, həm də Qazaxıstan Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına üzv görmək istədiklərini bildirib. Məsələnin həlli tamamilə Ankaranın qərarından asılıdır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olduğu müddətdə biz, Rusiya olaraq, Türkiyədən Avropa İttifaqı ilə münasibətlərini soyutmasını və ya dayandırmasını tələb etməyəcəyik” - səfir vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Baş naziri Binəli Yıldırım dekabrın 5-6-da Rusiyaya səfərə gedəcək. Dekabrın 1-də isə Rusiyanın xairic işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək.

Son xəbərlər

Orphus sistemi