Bakı. 25 dekabr. REPORT.AZ/ Qara dənizdə Rusiyanın qəzaya uğramış "Tu-154" təyyarəsinin qalıqları tapılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Soçi şəhərinin Qara dəniz sahillərindən 1,5 km aralıda, dənizin 50-70 metr dərinliyində Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin gövdəsinin qalıqları aşkar edilib", - deyə məlumatda bildirilir.