Rusiyanın ilk mülki kosmodromunun layihəyə uyğun tikilmədiyi məlum olub

Rusiyanın ilk mülki kosmodromunun layihəyə uyğun tikilmədiyi məlum olub Bakı. 27 noyabr. REPORT.AZ/ “Soyuz-2” raket qurğusunun uçuş yeri olan Şərq kosmodromunda ciddi qüsurlar aşkarlanıb.
Region
27 Noyabr , 2018 15:17
Rusiyanın ilk mülki kosmodromunun layihəyə uyğun tikilmədiyi məlum olub
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ “Soyuz-2” raket qurğusunun uçuş yeri olan "Şərq" kosmodromunda ciddi qüsurlar aşkarlanıb.

“Report” “Lenta”ya istinadən xəbər verir ki, məlumatı Dövlət Sifarişi saytı yayıb.

Bildirilib ki, kosmodrom layihəyə uyğun tikilməyib. Bundan başqa, tökülən betonlarda çatlar əmələ gəlib. Mərkəzi ötürücü məntəqədə armaturlar muftaların yerinə qaynaq edilib. Dəmir-beton əsaslı kosmodromun yerində boşluqlar aşkarlanıb. Həmin çatışmazlığın aradan qaldırılmasına 4,57 milyn rubl (təxminən, 70 min dollar) maliyyə vəsaiti ayrılıb. Kompleks 2012-2016-cı illərdə titkilib. İlk uçuş 2016-cı ildə olub.

Amur vilayətində yerləşən “Şərq” Rusiyanın ilk mülki kosmodromudur. Onun tikintisi çoxsaylı qalmaqalla müşahidə olunub, maliyyə mənimsəmələri qeydə alınıb. Fəhlələr ödənilməyən maaşlarının verilməsi tələbi ilə etiraz və aclıq aksiyaları keçiriblər. 

Son xəbərlər

Orphus sistemi