​Rusiyanın iki hərbi gəmisi İstanbul boğazından keçib

​Rusiyanın iki hərbi gəmisi İstanbul boğazından keçib Türkiyə Sahil Mühafizə Komandanlığına aid iki kater onları müşayiət edib
Region
1 Fevral , 2016 11:00
​Rusiyanın iki hərbi gəmisi İstanbul boğazından keçib

Bakı. 1 fevral. REPORT.AZ/ Rusiya Hərbi Dəniz Donanmasına aid iki gəmi İstanbul boğazından keçib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyanın Qara dəniz Donanmasına məxsus göyərtə nömrəsi 151 olan "Azov" və göyərtə nömrəsi 127 olan "Minsk" gəmiləri fevralın 1-də Çanaqqala boğazından keçərək, Egey dənizi istiqamətində hərəkət edib.

Türkiyə Sahil Mühafizə Komandanlığına aid iki kater Rusiya gəmilərini müşayiət edib. 

Son xəbərlər

Orphus sistemi