Bakı. 1 fevral. REPORT.AZ/ Rusiya Hərbi Dəniz Donanmasına aid iki gəmi İstanbul boğazından keçib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiyanın Qara dəniz Donanmasına məxsus göyərtə nömrəsi 151 olan "Azov" və göyərtə nömrəsi 127 olan "Minsk" gəmiləri fevralın 1-də Çanaqqala boğazından keçərək, Egey dənizi istiqamətində hərəkət edib.
Türkiyə Sahil Mühafizə Komandanlığına aid iki kater Rusiya gəmilərini müşayiət edib.