Yuxarı
    Bağlamaq

    ​Rusiyanın Gümrüdəki konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib

    Etirazçılar Yuri Çaykaya şahmat taxtası hədiyyə etmək istəyib

    Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Rusiyanın Gümrüdəki konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiyanın baş prokuroru Yuri Çaykaya hədiyyə vermək istədiklərini bildiriblər.

    Məlumatda bildirilib ki, etiraz tədbirinin iştirakçıları Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsin tələb ediblər.

    "Facebook" sosial şəbəkəsində açılan səhifədə Y.Çaykaya müraciət ünvanlanıb:

    "İki ölkə arasında dostluğun rəmzi olaraq ya bu hədiyyəni qəbul edib fəaliyyətsizliyinizi göstərin, ya da həmkarınızın müraciətinə (məsələ ilə bağlı Ermənistan baş prokurorunun Yuri Çaykaya məktubu nəzərdə tutulur- S.İ.) cavab verin. Düşünülməmiş addım iki dost erməni və rus xalqları arasında gərginlik yarada bilər. Nəyi hədiyyə edəcəyimizə gəldikdə isə onu yerində öyrənə bilərsiniz. Sizi təqdimetmə mərasiminə dəvət edirik".

    Məlumata görə, etirazçılar Y.Çaykaya şahmat taxtası hədiyyə etmək istəyib.

    Xatırladaq ki, Valeri Permyakov bu il yanvarın 12-də Gümrüdə bir ailənin 7 üzvünün qətlində günahkar bilinir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi