Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonuna hazırlaşır

Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonuna hazırlaşır Təlimlərə 100-dən çox hərbçi və 30 ədəd xüsusi hərbi texnika, o cümlədən "T-72B" tankları cəlb olunub
Region
12 Yanvar , 2017 11:57
Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonuna hazırlaşır

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiyanın Ermənistandakı hərbi bazasının tank ekipajları tank biatlonu üzrə "Beynəlxalq Hərbi Oyunlar-2017"nin seçmə mərhələsinə hazırlıq məqsədilə "Alagöz" yüksək dağlıq poliqonunda iki həftəlik intensiv təlimlərə başlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin məlumatına görə, təlimlərə 100-dən çox hərbçi və 30 ədəd xüsusi hərbi texnika, o cümlədən "T-72B" tankları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi