Rusiyanın ərazisi sayılan göl Qazaxıstana verilib

Rusiyanın ərazisi sayılan göl Qazaxıstana verilib Kupinsk rayon hakimiyyəti yerli sakinləri və qonaqları sərhəd rejimini pozmamağa çağırır
Region
15 Avqust , 2017 16:50
Rusiyanın ərazisi sayılan göl Qazaxıstana verilib

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyanın Novosibirsk vilayətinin Kupinsk rayonunda yerləşən Sladkoye gölü (Şirin göl) sərhədlərin demarkasiyasından sonra Qazaxıstana verilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kupinsk rayon administrasiyasının saytı məlumat yayıb.

“Demarkasiyayadək Kupinsk rayonunun Pokrovka kəndindən 5 km aralıda yerləşən Sladkoye kəndi Rusiyanın ərazisi sayılırdı. Ov mövsümündə Novosibirsk və Omsk vilayətlərindən çoxlu sayda həvəskar ovçu gölə gələrdi”, - məlumatda vurğulanıb.

Xəbərdə qeyd olunub ki, demarkasiyadan sonra göl bütövlükdə Qazaxıstanın ərazisi olub. Kupinsk rayon hakimiyyəti yerli sakinləri və qonaqları sərhəd rejimini pozmamağa çağırır.

Son xəbərlər

Orphus sistemi