Yuxarı

​Rusiyanın dövlət qulluqçularına xarici aviaşirkətlərlə uçmaq qadağan edilib

Onlar yalnız istisna hallarda bundan istifadə edə bilərlər

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyanın məmur və deputatlarının üzərinə ezamiyyətə yalnız Rusiya və ya Avrasiya İqtisadi İttifaqı ölkələrindən olan aviaşirkətlərlə uçmaq öhdəliyi qoyulub.

"Report" xəbər verir ki, bu barədə prezidentin 30.09.2015-ci il tarixində təsdiq olunmuş müvafiq fərmanına edilən düzəlişlərdə bildirilir.

Dövlət qulluqçuları xarici aviadaşıyıcılardan yalnız o halda istifadə edə bilərlər ki, Rusiya aviaşirkətləri onların ezamiyyətə yollandığı istiqamətdə uçuşlar təşkil etməsinlər və ya onların "mülkü qulluqçunun bütün ezamiyyət müddəti üçün" reysləri olmasın.

Dövlət qulluqçularının ezamiyyətə yollanan zaman istifadə edə biləcəkləri aivaşirkətlərin siyahısının formalaşdırılması barədə hökumətə tapşırıq verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi