Yuxarı

​Rusiyanın cənubunda hərbi təlimlər başlayıb - FOTO

Eyin vaxtda Krımın dağlıq hissəsindəki Anqar poliqonunda da döyüş təlimləri keçirilir

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın cənubunda iki minə yaxın hərbi kəşfiyyat və xüsusi təyinatlı dəstə, 200-dən artıq hərbi və xüsusi texnikanın iştirakı ilə hərbi təlim keçirilir.

"Report" "interfaks"a istinadən xəbər verir ki, bir ay ərzində kəşfiyyatçılar 7 poliqonda - Volqoqrad vilayətində, Stavropol diyarında, Çeçenistan, Dağıstan, Adıgey, Karaçay-Çərkəz və Şimali Osetiyada döyüş hazırlığı keçəcək.

Məlumata görə, hərbçilər "Strelets" rabitə və kəşfiyyat idarəetmə kompleksindən istifadə etmək bacarığına da yiyələnəcək.

Eyni vaxtda Krımın dağlıq hissəsində - "Anqar" poliqonunda da döyüş təlimləri keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi