Dmitri Peskov: "Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalanmayıb" - YENİLƏNİB

Dmitri Peskov: "Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalanmayıb" - YENİLƏNİB Rusiya prezidenti Vladimir Putin Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalamayıb.
Region
25 Yanvar , 2020 13:53
Dmitri Peskov: Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalanmayıb - YENİLƏNİB

Rusiya prezidenti Vladimir Putin Vladislav Surkovun istefası ilə bağlı sərəncam imzalamayıb.

“Report” “Exo Moskvı”ya istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin sözçüsü Dmitri Peskov məlumat verib.


*** 11:18

Rusiya prezidenti Vladimir Putinin köməkçisi, Kremlin “boz kardinal”ı sayılan Vladislav Surkov dövlət qulluğundan istefa verib.

“Report” “Meduza”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Surkova yaxın olan Siyasi Konyektur Mərkəzinin direktoru Aleksey Çesnakov verib.

Mərkəzin direktoru Vladislav Surkovun yaxın ayda meditasiya ilə məşğul olacağını, sonra isə qərarının səbəbini açıqlayacağını bildirib.

A.Çesnakovun sözlərinə görə, Surkov vəzifəsini Ukrayna istiqamətində kursun dəyişməsinə görə tərk edib.

“Exo Moskvı” qəzetinin baş redaktoru Aleksey Venediktov isə bildirib ki, Prezident Administrasiyasında Ukrayna məsələsinə Surkovun yerinə keçmiş baş nazir müavini Dmitri Kozak baxacaq.

Son xəbərlər

Orphus sistemi