Yuxarı
    Bağlamaq

    Rusiyanın baş naziri Türkiyə məhsullarına tətbiq edilən sanksiyanın ləğvi barədə sərəncam imzalayıb

    Türkiyədə istehsal olunan bir sıra kənd təsərrüfatı məhsulları və ərzaq mallarına tətbiq edilən qadağa aradan qaldırılıb

    Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən tədarük edilən məhsulların idxalına məhdudiyyətlərin qaldırılması haqqında sərəncam imzalayıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

    2016-cı il yanvarın 1-dən Türkiyədə istehsal olunan bir sıra kənd təsərrüfatı məhsulları və ərzaq mallarına tətbiq edilən qadağa aradan qaldırılıb. Sərəncama görə, dondurulmuş ət və ət məhsulları, toyuq, hind toyuğu, xiyar, alma, armud, üzüm, çiyələyin tədarükünə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

    Qeyd edək ki, mayın 31-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb.

    Xatırladaq ki, 2015-ci ilin noyabrında hava məkanına qanunsuz olaraq keçdiyi üçün Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsi Türkiyə ərazisində vurulub. Bundan sonra Rusiya və Türkiyə bir-birinə qarşılıqlı olaraq sanksiyalar tətbiq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi