Yuxarı

Rusiyanı Ön Qafqazla birləşdirən yol qara görə bağlanıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiyanı Ön Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu Gürcüstana güclü qarın yağması səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Moskva vaxtı ilə 19:45-dən etibarən Hərbi-Gürcüstan yolu ilə hərəkət Gürcüstana yağan güclü qar səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb", - deyə məlumatda bildirilir.

İdarə sözügedən istiqamətdə səfərə çıxmamağı tövsiyə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi