Yuxarı

Rusiyalı turistlər üç gündür Antalyadan Moskvaya uça bilmir - VİDEO

Rusiyalı turistlər üç gündür Antalyadan Moskvaya uça bilmir - VİDEO
Onlar qaldıqları nömrələrdən çıxarılıblar, uçuş vaxtı isə hər iki saatdan bir dəyişir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyalı turistlər artıq üçüncü gündür ki, Türkiyənin kurort zonası Antalyadan Moskvaya uça bilmirlər.

"Report" REN TV-yə istinadən xəbər verir ki, ruslar qaldıqları nömrələrdən də çıxarılıblar, uçuş vaxtı isə hər iki saatdan bir dəyişir.

Məlumdur ki, Türkiyədə ilişib qalan ruslar maliyyə çətinlikləri ortaya çıxan "VİM-Avia" şirkətinin müştəriləridirlər. Hadisənin təfərrüatları məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi