Rusiyalı turistlər üç gündür Antalyadan Moskvaya uça bilmir - VİDEO

Rusiyalı turistlər üç gündür Antalyadan Moskvaya uça bilmir - VİDEO Onlar qaldıqları nömrələrdən çıxarılıblar, uçuş vaxtı isə hər iki saatdan bir dəyişir
Region
30 Sentyabr , 2017 07:42
Rusiyalı turistlər üç gündür Antalyadan Moskvaya uça bilmir - VİDEO

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiyalı turistlər artıq üçüncü gündür ki, Türkiyənin kurort zonası Antalyadan Moskvaya uça bilmirlər.

"Report" REN TV-yə istinadən xəbər verir ki, ruslar qaldıqları nömrələrdən də çıxarılıblar, uçuş vaxtı isə hər iki saatdan bir dəyişir.

Məlumdur ki, Türkiyədə ilişib qalan ruslar maliyyə çətinlikləri ortaya çıxan "VİM-Avia" şirkətinin müştəriləridirlər. Hadisənin təfərrüatları məlum deyil.

Son xəbərlər

Orphus sistemi