Rusiyalı pilotlar Yerevandakı hərbi bazada təlim keçiblər

Rusiyalı pilotlar Yerevandakı hərbi bazada təlim keçiblər Pilotlar şərti rəqibin aviasiya, komanda və nəzarət mərkəzləri, RLS və ZRK-sının yerini axtarıb şərti məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər
Region
1 May , 2017 14:31
Rusiyalı pilotlar Yerevandakı hərbi bazada təlim keçiblər

Bakı. 1 may. REPORT.AZ/ Cənub Hərbi Dairəsi (CHD) qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov Rusiyanın Yerevandakı "Erebuni" hərbi hava bazasının döyüş hazırlığı yoxlamaq məqsədilə təlim təşkil edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Alagöz yüksək dağlıq poliqonunda keçən təlimlərdə "MiQ-29" qırıcılarının və "Mi-8Mt" və "Mi-24p" hərbi təyyarələrinin pilotları şərti rəqibin şərti zirehli texnika kolonlarını imitasiya edən hədəflərə raket zərbələri endiriblər.

Bununla yanaşı, pilotlar şərti rəqibin aviasiya, komanda və nəzarət mərkəzləri, radiolokasiya stansiyaları (RLS) və zenit-raket komplekslərinin (ZRK) yerini təsbit edib şərti məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Təlimlərə xüsusi və aviasiya hərbi texnikası, eləcə də 300-ə yaxın hərbçi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi