Yuxarı
    Bağlamaq

    ​Rusiyalı nazir: "Türkiyə məhsullarına tətbiq edilən sanksiyalar siyahısının genişləndirilməsi müzakirə edilmir"

    Aleksandr Tkaçev: Məncə, görülən tədbirlər kifayətdir

    Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyə məhsullarına tətbiq edilən sanksiyalar siyahısının genişləndirilməsi məsələsinə baxılmır.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bu gün jurnalistlərə açıqlamasında deyib.

    "Bu məsələ hələlik müzakirə edilmir. Məncə, görülən tədbirlər kifayətdir. Biz indi diqqəti yerli məhsulların istehsalına yönəltməliyik", - o vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi