Rusiyalı hərbçi Göyçə gölündə batıb

Rusiyalı hərbçi Göyçə gölündə batıb Artıq xilasedicilər onun meyitini sudan çıxarıb
Region
14 Avqust , 2017 13:24
Rusiyalı hərbçi Göyçə gölündə batıb
ТАСС

Bakı. 14 avqust. REPORT.AZ/ Rusiya hərbi bazasının 1997-ci il təvəllüdlü hərbçisi bazar günü Göyçə gölündə batıb.

"Report" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan xilasedicilərin artıq onun meytinii sudan çıxartdığını təsdiqləyib.

Fakt üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Yerli KİV ölən hərbçinin Başqırdıstan Respublikasının İşimbay rayonundan olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi