Rusiyada xaricə gedənlər üçün vergi tətbiqi təklif olunur

Rusiyada xaricə gedənlər üçün vergi tətbiqi təklif olunur Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyada ölkədən xaricə gedən hər kəsdən, təqribən, 7,5 ABŞ dolları məbləğində vergi tutmaq təklifi irəli sürülüb.
Region
15 Yanvar , 2019 15:52
Rusiyada xaricə gedənlər üçün vergi tətbiqi təklif olunur
"Аргументы и факты"

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyada ölkədən xaricə gedən hər kəsdən, təqribən, 7,5 ABŞ dolları məbləğində vergi tutmaq təklifi irəli sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Avanti” adlı işgüzar vətənpərvərlik təşkilatı tərəfindən Dövlət Dumasına göndərilən layihə ölkə ərazisində 24 saatadək dayanacaq verən tranzit sərnişinlər istisna olmaqla, istər yerli vətəndaşlara, istərsə də əcnəbilərə şamil olunur.

Layihə müəlliflərinin fikrincə, Rusiyada turizmi inkişaf etdirmək üçün geniş imkanlar açıldığı hazırkı dövrdə bu təklifi həyata keçirməklə dövlət ildə 890 min ABŞ dolları məbləğində əlavə gəlir əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi