Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib, onlardan biri ölüb

Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib, onlardan biri ölüb Bakı. 21 avqust. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində Türkiyə şirkətinin 25 əməkdaşı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Region
21 Avqust , 2018 14:46
Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib, onlardan biri ölüb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində Türkiyə şirkətinin 25 əməkdaşı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin versiyaya görə, kütləvi zəhərlənmənin səbəbi alınan yemək olub.

Kotelniki şəhər administrasiyasından bildiriblər ki, Türkiyə şirkətində çalışan tikinti şəhərciyinin zəhərlənən işçiləri təmir işləri aparılan metronun "Molodyojnaya" stansiyası yaxınlığında qidalanıb. Məlumata görə, dünən gecə onların halı pisləşib və təxminən, gecə saat 12 radələrində təcili yardım çağırıblar, onların hamısı xəstəxanaya yerləşdirilib. Zəhərlənmə nəticəsində bir işçi ölüb. 

Qeyd edilir ki, zərərçəkən işçilər Özbəkistan və Tacikistan vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi