Rusiyada təyyarənin qəzaya uğrama anının görüntüləri yayılıb - VİDEO

Rusiyada təyyarənin qəzaya uğrama anının görüntüləri yayılıb - VİDEO Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın Murmansk vilayət aerodromunda Tu-22M3 tipli təyyarənin eniş zamanı qəzaya uğrama anının görüntüləri yayılıb.
Region
26 yanvar 2019 23:29
Rusiyada təyyarənin qəzaya uğrama anının görüntüləri yayılıb - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiyanın Murmansk vilayət aerodromunda "Tu-22M3" tipli təyyarənin eniş zamanı qəzaya uğrama anının görüntüləri yayılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən "Tu-22M3" tipli təyyarə sərt eniş edib. Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb. Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.

Orphus sistemi