Yuxarı

​Rusiyada taksi sürücüsünü döyən 2 erməni güllələnib

Taksi sürüsücü sərxoş erməniləri dedikləri ünvana aparmaqdan imtina edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiyanın Volqaqrad şəhərində münaqişə nəticəsində iki erməni güllələnib. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Dzerjinsk rayonundakı Kaçinsk bazarı yaxınlığında baş verib. Toydan çıxan iki sərxoş erməni taksi sürücüsünə yaxınlaşıb və onları aparmasını istəyib. Taksi sürüsücü həmin sərxoşları dedikləri ünvana aparmaqdan imtina edib. Ermənilər taksi sürücüsünü döyüblər. Sürücü qohumunu köməyə çağırıb. Yardıma gələn qohumun tapançadan açdığı atəş nəticəsində bir nəfər ölüb, daha 6 nəfər, o cümlədən 22 yaşlı Armen Yegizaryan və 24 yaşlı Vlad Cercixanyan yaralanıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi