Yuxarı

Rusiya 2050-ci ildə tütün məmulatlarının satışını dayandırmağa hazırlaşır

Rusiyada siqaret satışı dayandırılacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiyanın Səhiyyə Nazirliyi 2019-2030-cu ildə tütün məmulatlarının istehlakının qarşısının alınması üzrə dövlət konsepsiyası layihəsi hazırlayıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, əsas məqsəd 2050-ci ilədək tütün məmulatlarının istifadəsini tədricən azaltmaqdır.

Səhiyyə Nazirliyi bu məmulatın mərhələli şəkildə dövriyyədən çıxarılması məsələsini də nəzərdən keçirir.

Bildirilib ki, 2016-cı ildə Rusiya əhalisinin, təxminən, 1/3-i, yəni 40 milyondan çoxu siqaret çəkib. Nazirliyin hesablamasına əsasən, 2040-2050-ci ilədək tütün məmulatlarının satışının dayandırılması üçün bu zərərli vərdişə aludə olan vətəndaşların sayı 5 faizə endirilməlidir. Səhiyyə Nazirliyinin 2025-ci ilədək hədəfi tütün məmulatları istehlakçlarının sayının Rusiya üzrə 25 faizədək azaltmaqdır.

Qeyd edək ki, Rusiyada 2013-cü ildə tütün əleyhinə qanun qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi